Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:38

Gül Yaxın Şərqin nüvə silahı olmayan zonaya çevrilməsini istəyir




Türkiyə prezidenti Abdullah Gül bildirib ki, bu həftənin sonunda BMT Baş Assmbleyasındakı çıxışında Yaxın Şərqin nüvə silahı olmayan zonaya çevrilməsinə çağıracaq.
Türkiyə prezidenti bundan əvvəl də regiona dair belə çıxışlar edib. Amma bu dəfə “Assisiated Press” Agentliyinə müsahibəsində problemi xüsusi vurğulayacağını deyib. Bu arada Ankara İsraillə münasibətlərinin gərginliyini saxlayır. Çoxları Yaxın Şərqdə məhz İsrailin nüvə silahına malik olduğunu guman edir.
Bu ilin mayında Fələstinə humanitar yardım aparan Türkiyə gəmisinə İsrail əsgərləri hücum edib, doqquz nəfəri qətlə yetirəndən bəri əvvəllər yaxın dost olan bu iki ölkənin münasibətləri korlanıb.
XS
SM
MD
LG