Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:12

Azərbaycan hökuməti Minilliyin öhdəliklərini yerinə yetirir



Birləşmiş Ştatlarda səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin Nyu-Yorkda keçirilən sammitində çıxış edib. Minilliyin inkişaf məqsədlərinə həsr olunmuş sammitdə çıxış edən nazir beynəlxalq ictimaiyyətə Azərbaycanın yoxsulluq və xəstəliklərlə mübarizədə əldə etdiyi uğurlarından danışıb.

E.Məmmədyarov qeyd edib ki, Azərbaycanın təqribən 20 faiz torpaqlarının qonşu Ermənistan tərəfindən hərbi işğalının davam etməsinə və təxminən bir milyon qaçqın və məcburi köçkünün olmasına baxmayaraq, hökumət 2015-ci ilədək Minilliyin inkişaf məqsədlərinin yerinə yetirilməsi üzrə bütün öhdəlikləri icra edir.

Nazirin sözlərinə görə, son beş il ərzində Azərbaycanda iqtisadiyyatında artım tempi müşahidə olunur.

O qeyd edib ki, respublikada xüsusilə də kimsəsiz və aztəminatlı ailələrdən olan uşaqların hüquqları və onların istedadlarının təşviqinə riayət olunmasına böyük diqqət yetirilir.

Elmar Məmmədyarov bildirib ki, Azərbaycanda tibbin inkişafı sahəsində ana və uşaq ölümlərinin səviyyəsinin azaldılması üçün bir çox işlər görülür: "Son beş il ərzində uşaq ölümlərinin tempi üç dəfə, ana ölümlərinin sayı isə iki dəfə azalıb", - deyə nazir bildirib.

O, deyib ki, hökumət HİV xəstəliklərinin sayının artım tempinin azaldılmasına və meşə massivlərinin azaldılması məsələsini nəzarətə götürərək ekologiyaya xüsusi diqqət ayırır.


XS
SM
MD
LG