Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:23

Bəzi teatr adlarında sovet ideologiyasının izi varmış



Azərbaycanda teatrların adı dəyişdiriləcək. Bu barədə APA-ya açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib.
Nazir bildirib ki, hazırda buna hazırlıq gedir: “Biz hazırda ciddi şəkildə teatrların adlarının dəyişdirilməsi haqqında düşünürük. Çünki bir çox teatrın adında köhnə sovet ideologiyası məfhumu qalır. Bundan azad olmaq lazımdır. Bununla bağlı düzgün qərarlar qəbul olunacaq, narahatlığa heç bir əsas yoxdur. Bu, çox çətin prosesdir, hər teatrda eyni səviyyədə qarşılanmır, hamı tərəfindən dəstəklənmir, amma bu, bir prosesdir. Bu günlə uyğunlaşmayan məsələlər tarixin növbəti mərhələsində buraxılmalıdır”.
Ə.Qarayev hazırda bir sıra mədəniyyət ocaqlarının adı ilə bağlı məsələyə də münasibət bildirib: “Azərbaycanda teatr, konsert salonu, eləcə də sərgi salonlarının adı Nazirlər Kabinetinin təsdiqlədiyi qərarla tənzimlənir”.
XS
SM
MD
LG