Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:32

Azərbaycan və ABŞ prezidentləri görüşəcək



Sentyabrın 24-də Cümə günü Nyu Yorkda ABŞ prezidenti Barak Obama və Azərbaycan prezidenti İlham Əliyev arasında görüş keçiriləcək. Bunu jurnalistlərə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşavirinin müavini Ben Rods deyib. O bildirib ki, Obamanın bir sıra görüşləri var.

"Cümə günü prezident Obama bir sıra ikitərəfli və çoxtərəfli görüşlər keçirəcək. Səhər ABŞ-ın geniş məsələlər dairəsi üzrə, həmçinin Əfqanıstan səylərində, vacib partnyoru olan, Azərbaycanın prezidenti ilə görüş planlaşdırılıb", - Rods deyib.
XS
SM
MD
LG