Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:58

Karla Bruninin siyasətə qarışmaq niyyəti var


Karla Bruni və Nikola Sarkozi, 18 iyun 2010
Karla Bruni və Nikola Sarkozi, 18 iyun 2010
Anne-Elisabeth Moutet («Daily Telegraph»)

Ötən həftə Karla Bruni Sarkozinin haqqında iki bioqrafik kitab nəşr olunub. Onlardan birində Karlanın əriylə, Fransanın siyasi aləmiylə mürəkkəb münasibətlərindən danışır. Bu kitabda onun sözlü portreti rəngli boyalarla çəkilməyib.

İki jurnalistin yazdığı “Karla və ambisiyaları” kitabı qeybətə bənzəsə də, tutarlı sənədlərlə yaxşıca “silahlanıb”. Bu kitabda prezidenti həyat yoldaşından ayırmaq məqsədilə onların ətrafında fitnə-fəsad çəpəri çəkilməsindən əminliklə danışılır.

KARLA BRUNİ GİZLİ MATERİALLARA YOL TAPIB

Kitabda deyilir ki, Fransanın birinci xanımı mütəmadi ərinin xarici siyasəti üzrə müşavirini kölgədə qoymaq və işdən çıxartdırmaq istəyir, halbuki, o, çox təcrübəli diplomatdır.

Bu kitabda yazılıb ki, Karla Bruni gizli materiallara yol tapıb, özü və əri haqqındakı şayiələri qeydə alıb. Onun əlində keçmiş ədliyyə naziri Raşida Dati və Sarkozinin keçmiş arvadının qardaşı arasındakı telefon danışıqlarının yazısı və mətni var.

Bu danışıqlardan o aydın olur ki, onlar prezidentin Karladan üzünü döndərməsi və yenidən əvvəlki arvadı Sesiliyanın yanına qayıtmasının yollarını çözürlər.

Karlanın əlindəki materiallarda Amerika prezidentinin arvadı Mişel Obamanın guya ki, Ağ Evdəki həyatına nifrət dolu etirafları aşkar edilib.

Karla özünün Raşida Datanın, ərinin keçmiş qaynının və hansısa cənab “sehrbaz”ın böhtanlarının qurbanı olduğuna inanıb.

Nikola Sarkozi birinci arvadı Sesiliya ilə birlikdə, 2006
Biz Karlanın 16 yaşından podiumlarda görünməyə başlayan vaxtlarda son dərəcə dəqiq, nəzakətli, başqalarına qarşı həssas olduğunu öyrənirik. Bu hekayəti bizə onun keçmiş iş yoldaşları, fotoqraflar, modelyerlər danışır.

BÜTÜN KEÇMİŞ SEVGİLİLƏRİNƏ YAXŞI DOST


Lahouri bizə danışır ki, Bruni həyatındakı kişilərin arxasında olub, istər Erik Klarton, istər Mick Jaqqer, istərsə də Nikolas Sarkozinin.

Bruni nə qədər fərqli olsa da, bütün keçmiş sevgililərinə yaxşı dost qalmaq yolunu tapır. Lahouri Bruni ailəsinin zərif Riviera evində məzəli yay tətilini təsvir edir: Sarkozi arvadının keçmiş sevgililəriylə gəzintiyə çıxıb, biriylə velosiped sürür, o biri ilə kart oynayır. Hər kəs şam yeməyində bir süfrə arxasına yığışır.

“Carla et les Ambitieux”in (“Karla və onun ambisiyaları”) müəllifləri Michael Darmon və Yves Derai siyasətdən uzaq kitab yazmaq istəyiblər.

Bruni yazarlara kömək olmaq üçün onların yolundan çəkilib, amma bəlkə də Raşida Datiyə və Sarkozinin əvvəki arvadı Sesiliyaya zərbə vurmaq üçün…

Brunin dostları müəlliflərə ətraflı danışıblar, ona görə də, kitabda lətifələrdəki sitatların dəqiqliyinə şübhə az ola bilər.

Fransa mediasına müsahibə verən bir çox siyasətçi, şirkət rəhbərləri öz müsahibələrini cap olunmazdan qabaq oxumaq istəyirlər, yəqin Bruni də müsahibəsindəki əhəmiyyətli yerləri kitab nəşr edilməzdən əvvəl oxumaq istəyib.

71 faiz inanır ki, Karla Fransanın xaricdə müsbət imicinin yaranmasına kömək edir
Karla və görünür, onun əri nəticəni belə təsvir etməyiblər. Ona görə də, ötən həftə Yelisey sarayı elan edib ki, Karla Bruni heç bir vəchlə bu kitaba “səlahiyyət” verməyib.

54 FAİZ SEÇİCİ ONU BƏYƏNİR

Karla Bruini Sarkozinin ikinci həyat yoldaşı Sesiliya ilə çəkişdiyi halda onun iki oğlunun anası olan birinci arvadı Marie Dominique Culioli dost münasibətlər yaratmağı bacarıb. Bu dostluq münasibəti Sarkozinin 23 yaşlı, hələ diplom almayan oğlu Jeanın Parisin əyalətində dövlət işinə namizədliyinin irəli sürülməsində də rol oynayıb.

Onun hərəkəti haylı-küylü qohumbazlıq kimi görünmüşdü və bu qalmaqal uzun müddət davam eləmişdi, nəticədə prezident geri çəkilməli olmuşdu.

Ötən həftə keçirilən sorğunun nəticələrinə görə, 54 faiz seçici onu bəyənir, 71 faiz isə inanır ki, Karla Fransanın xaricdə müsbət imicinin yaranmasına kömək edir.

İndiyə qədər çoxları hesab etmir ki, onun ərinə hər hansı siyasi təsiri var.

Amma onun son davranışları bu qavrayışları yaxşıca dəyişə bilər. Onun “boyuk dostu” Mişel Obama kəşf eləyib ki, xaricdə bahalı tətildən sonra “Mişel-Antoimette” ləqəbini qazana bilər. Hələ ki, Fransa inqilabçıları Avstiya kraliçasının onun xərclərindən çox siyasətə təsirindən qəzəblidirlər.

Kitab aşkara çıxarır ki, Bruninin siyasətə qarışmaq iştahası var. Bu, Fransanın Karla-Antoinettesinə qarşı inqilab olmasa da gizli nifrəti oyada biəcəkmi? Bu sual olaraq da qalır.

/Tərcümə etdi: Səadət Akifqızı/

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG