Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:02

AXCP-Müsavat seçki bloku iki prinsipial dairədə razılığa gəlib


AXCP-Müsavat seçki bloku Bakıdakı dörd əsas prinsipial dairənin ikisində razılığa gəlib.

Müsavat partiyası Seçki Departamentinin rəhbəri Arif Hacılının AzadlıqRadiosuna verdiyi məlumata görə, sentyabrın 20-də AXCP sədri Əli Kərimli ilə Müsavat başqanı İsa Qəmbərin görüşündən sonra 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsindən Müsavat Partiyası Məclisinin üzvü Məmməd Zeynalovun vahid namizəd olması razılaşdırılıb.

Vahid namizədliyi razılaşdırılmış Müsavat başqanının müavini Mehman Cavadoğlu isə seçkidə iştirak etmək istəmədiyindən 32 saylı Suraxanı üçüncü seçki dairəsində onu AXCP sədrinin müşaviri Əsəd Əsədzadə əvəzləyib.

İndiyə qədər iki partiya arasında birgə namizədlərin dəstəklənməsi ilə bağlı 90-dan artıq dairədə razılığa gəlib.

Günün bütün mövzuları

XS
SM
MD
LG