Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 07:08

Ordu karvanına hücumda islamçı yaraqlılar ittiham olunur


Tacikistanda yaraqlıların ordu karvanına hücumu nəticəsində azı 23 əsgər həlak olub. Tacikistan rəhbərliyi hərbi maşınların Əfqanıstanla sərhəddə ağır silahlı yaraqlıların hücumuna mərzu qaldığını, və hücum edənlərin islamçı yaraqlılar olduğunu bildirib. Müdafiə Nazirliyinin sözçüsü Faridun Maxmadaliyev deyib ki, hücum edənlər 90-cı illərdə vətəndaş müharibəsində hökumətə qarşı vuruanlar olub, və qrupun tərkibində Əfqanıstan, Pakistan, Çeçenistandan gəlmə yaraqlıların da olduğunu güman edirlər.

Bazar günkü hücum Tacikistanda həbsxanadan qaçan 18 məhbusun axtarış əməliyyatları dövrünə təsadüf edib.
XS
SM
MD
LG