Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 15:36

Üzeyir bəy Sovetlər dönəmində susdu, ya susmadı?


Nərgiz Şəfiyeva
Nərgiz Şəfiyeva
“Əgər torpaq gözəl təbiətin qoynundadırsa və insan orada doğulubsa, o yerin dili, musiqisi, suyu, havası istər-istəməz onun varlığına hopur və onda milli hislər, millətini qorumaq, milli qürur oyadır”.

Bu sözləri AzadlıqRadiosunun “İz” proqramının Üzeyir bəyin 125 illik yubileyi şərəfinə hazırladığı verilişdə bəstəkar, musiqişünas, pedaqoq Nərgiz xanım Şəfiyeva səsləndirib.

YAXŞI OĞUL DAYISINA ÇƏKƏR

Özü də əslən şuşalı olan Nərgiz xanım Üzeyir bəyin uşaqlıq illərini, atası və anasını, dövrünü, mühitini şirin bir dillə canlandırıb:

“Hacıbəylilər nəsli Şuşada Üzeyir doğulmazdan da məşhur idi. Dayısı Ağalar bəy Əliverdibəyov çox gözəl tarzən, muğam bilicisi, həm də, musiqişünas idi. Üzeyir bəy ilk musiqi düşüncələrini dayısından alıb. Muğamı da ondan öyrənib”.

KİM OXUMURSA, O ŞUŞALI DEYİL?!


Üzeyir bəyin ata tərəfində də musiqi biliciləri, ustad xanəndələr olduğunu deyən Nərgiz xanım bir gerçəkliyi xatırlatdı: “Şuşada hər iki adamdan biri oxuyur və muğamı mükəmməl bilməsə də, ən azından zümzümə edir”.

ŞİRİN XANIM DEMOKRATİK DÜŞÜNCƏLİ QADIN İDİ

Qonağımız Şirin xanımın Xurşudbanu Natəvanın Şuşada yaratdığı “Məclisi-Üns”ün qadın toplantısına qatıldığını da bildirdi:

“Şirin xanım oranın üzvü idi, özü də çox fəal idi. Bu məclisə demokratik əhval-ruhiyyə hakim idi. Qadınlarımız biliyə, maarifçiliyə can atırdılar, demokratik fikirlə yaşamağa maraq böyük idi”.

HACIBƏYLİLƏR VARLI DEYİLDİLƏR...

Nərgiz xanımın bildirdiyinə görə, bu soyadın daşıyıcıları bəy idilər, amma varlı deyildilər: “Şirin xanım Əliverdibəyova heç də zəngin olmayan Əbdülhüseyn bəyə ərə getmişdi”.

ÜZEYİR QORİ SEMİNARİYASINDA NİYƏ TÖHMƏT ALDI?

Üzeyirlə birgə oxuyan 8 nəfərin azərbaycanlı, çoxunun da Şuşadan olduğunu deyən Nərgiz xanım seminariyada uşaqlara öz dilində danışmağın qadağan edildiyini söylədi:

“Amma uşaqlar bir yerdə olan kimi doğma dildə danışmağa başlayırdılar. Bu da Üzeyirdən gəlirdi. Elə töhmət də ona verilirdi. Məsələn, bazar günü onu heç yana buraxmırdılar. Atası rəhmətə gedəndə, o icazə istədi, vermədilər, icazəsiz Şuşaya gəldi. Və əməlli-başlı cəzalandı...”.

AZAD FİKİRLİLİK BELƏ BAŞLADI...

Nərgiz xanım Üzeyirin azad fikirliliyinin burada özünü göstərdiyini bildirdi: “Nə üçün mən başqa millətlərdən əskik olmalıyam, nə üçün başqa dildə danışmalıyam? Görünür, bunlar onu həmişə narahat edirmiş”.

ÜZEYİR BƏY 3 QURULUŞDA YAŞAYIB

Nərgiz xanım Üzeyir bəyin 3 quruluşda yaşadığını diqqətə yetirdi: “Çar Rusiyasında, iki illik Müsavat hakimiyyətində və Sovetlərdə. Nə yazırdısa, nəyi tənqid edirdisə, Sovetlərdə bunu etmək olmazdı. Odur ki, Üzeyir bəy bu dövrdə musiqi təhsilinin əsasını qoydu. Nəriman Nərimanov ona təklif etdi ki, o Azərbaycanda musiqi təhsili proyektini hazırlasın. O bu işi gördü və bizim musiqi təhsilimiz varlığını indi də bu proyekt əsasında sürdürür”.

ÜZEYİR BƏY SUSMAYIB!


Aparıcının“Üzeyir bəyin yaradıcılığının ilk mərhələsi çox məhsuldar olub. İkinci dövrdə də o “Azərbaycan” qəzetinin baş yazarı olub. Adətən, deyirlər ki, o 3-cü dövrdə susqunluğa qapılıb”- fikrinə qatılmayan Nərgiz xanım “O, susmadı. Musiqi tədrisi, quruculuğu işləri ilə məşğul olmağa başladı. İlk dəfə xor təşkil olundu. Milli Xalq Çalğı Alətləri Orkestri (notlu), musiqi məktəbləri, konservatoriya və s. yarandı. Dərslik yazdı, elmi fəaliyyətlə məşğul oldu. İlk dəfə “Azərbaycan türk musiqisinin əsasları” kitabı ortaya çıxdı. “Koroğlu” yazıldı və s.” dedi.

PEYĞƏMBƏR MİSSİYASI...

Belə adamların missiyasını peyğəmbər missiyasına bənzədən Nərgiz xanım fikrini belə əsaslandırdı: “Onlar nəinki yenilik gətirirlər, həm də öyrətməyə çalışırlar”.

- Üzeyir hansı mövzuda yazdığı inşaya görə cəzalandırıldı?

- Gənc Üzeyiri müəllimlik etdiyi Hadrut məktəbində ölümdən kimlər xilas etdi?

- “Arşın mal alan”ın gələcək müəllifi necə sevib evləndi?

- Utancaq Üzeyir təhsil illərində necə mahnı qoşurmuş? Tələbə yoldaşlarının xatirələrində nələr var?

- Tətillərdə Tiflisdə gördüyü tamaşalar onu “Leyli və Məcnun”u yazmağa necə ruhlandırdı?

- Üzeyir bəy nədən muğam operası yazdı?

- Və nəhayət, Üzeyir bəyin mənzil muzeyinə toplaşanlar “Üzeyir bəy XXI əsrdə yaşasaydı, hansı ictimai mesajlar verərdi” sualını necə cavablandırdılar?

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG