Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 14:01

Elmar Məmmədyarov ABŞ-a gedib


Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov sentyabrın 20-də Amerika Birləşmiş Ştatlarına yola düşüb. Bu barədə AzadlıqRadiosuna XİN-in mətbuat katibi Elxan Poluxov məlumat verib.

Elmar Məmmədyarov BMT baş Assambleyasının sentyabrın 23-də Nyu-Yorkda başlayacaq 65-ci sessiyasının açılışında iştirak edəcək.

Bir müddət əvvəl ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Robert Bratdke BBC-yə müsahibəsində bildirmişdi ki, sentyabrın 20-də Azərbaycanla Ermənistanın xarici işlər nazirlərinin görüşü olacaq.

Elxan Poluxov isə AzadlıqRadiosuna deyib ki, o, belə bir görüşün olacağından xəbərsizdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG