Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:44

Holland polisi terrorçuluqda şübhəli bilinən britaniyalını həbs edib


Hollandiyanın hərbi polisi bazar günü Amsterdamın Skriphol hava limanında bir Britaniyalını terrorçuluqda şübhəli bilib və onu həbs edib.
Hollandiya prokurorluğunun məlumatında deyilir ki, polis İngiltərənin Liverpool şəhərindən Skriphol aeroportuna, burdan da Uqandaya uçmaq istəyən və xarici hərbi təşkilatlarla əlaqəli olan şəxslə bağlı araşdırma aparıb.
Məlumatda bildirilir ki, hərbi polis britaniyalını uçuşa hazır olan təyyarədən düşürüb.
Hollandiyanın rəsmiləri deyirlər ki, adı çəkilməyən şəxs Britaniya hökumətinin sifarişi əsasında həbs edilib. Amma London paytaxtından hər hansı şərh yoxdur.

Günün bütün mövzuları

XS
SM
MD
LG