Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:16

Məzahir Pənahov: “Seçkilərə müdaxilələr özfəaliyyətdən başqa bir şey deyil”


“İndiyə qədər ümumi məsələlərlə bağlı beynəlxalq təşkilatlardan Mərkəzi Seçki Komissiyasına (MSK) heç bir irad tutulmayıb”.

Bu fikirləri MSK sədri Məzahir Pənahov sentyabrın 20-də ATƏT-in Bakı ofisi ilə Prezident Administrasiyasının seçki saxtakarlığına həsr olunmuş birgə tədbirində deyib.

MSK sədri Azərbaycanda seçki prosesini izləmək üçün yerli və beynəlxalq müşahidəçilərə hər cür şərait yaradıldığını bildirib. O, həmçinin seçki prosesini izləmək üçün Azərbaycanda KİV-ə heç bir ölkədə olmayan imtiyazların verildiyini də deyib.

Məzahir Pənahov bildirib ki, ölkə prezidenti seçkilə bağlı öz mövqeyini ortalığa qoyandan sonra yerlərdə bilərəkdən və ya bilməyərəkdən seçkilərə qeyri-qanuni müdaxilələr özfəaliyyətdən başqa bir şey deyil.
XS
SM
MD
LG