Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 22:12

Bakıda arıçılıq məhsullarının satış yarmarkası başlayıb


Sentyabrın 20-də Bakıda arıçılıq məhsullarının satış yarmarkası başlayıb. Xətai rayonu ərazisində, “Bakı” kinoteatrının yaxınlığında başlayan yarmarkanın 20 gün davam edəcəyi bildirilir.

Kənd Təsərrüfatı Nazirliyinin idarə rəisi Çingiz Fərəcovun “lent.az”-a verdiyi məlumata görə, satış yarmarkasına müxtəlif regionlardan olan 800-dək arıçılıq təsərrüfatından məhsullar təqdim olunacaq.

İdarə rəisi bu il Azərbaycanda bal istehsalının aşağı düşdüyünü də söyləyib. Çingiz Fərəcov deyib ki, bu il yerli təsərrüfatlarda maksimum 900-1000 ton bal istehsal olunub. Onun sözlərinə görə, ötən il ölkədə bal istehsalı 1600 tondan çox olub.

Nazirlik rəsmisi xəstələrin, əlillərin, yoxsul təbəqədən olan insanların bu yarmarkadan bəhrələnməsinə çalışacaqlarını deyib.

“Biz həm də arıçılarla razılığa gəlmişik ki, yarmarkada satışa çıxarılacaq balın 1 kiloqramının qiyməti 15 manatdan yuxarı olmasın. Çünki indiki dövrdə kasıb adamlar üçün 15 manat çox böyük puldur. Lakin biz çalışacağıq ki, onlar 15 manata təmiz bal ala bilsinlər” - deyə, Çingiz Fərəcov əlavə edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG