Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:16

Ümumdünya Çeçen Konqresi tribunal yaratmağa çağırıb


Polşada keçirilən Ümumdünya Çeçen Konqresinin iştirakçıları BMT-ni Çeçenistanla bağlı tribunal yaratmağa çağırıblar.

Onlar hımçinin Avropa Birliyi ilə Avropa Şurasını Rusiyanın iştirakı ilə respublikada vəziyyətin nizama salınması ilə bağlı konfrans təşkil etməyə çağırıblar.

Polşanın Pultusk şəhərində keçirilən toplantı 3 gün çəkib.

Toplantıda son vaxtlar beynəlxalq aləmin çeçen problemini unutduğu bildirilib.

Qeyd edək ki, çeçen separatçılarından biri Ahmed Zakayev Rusiyanın sorğusu ilə Varşavada saxlansa da az sonra məhkəmənin qərarı ilə sərbəst buraxılıb.
Zakayev bundan sonra hələ bir neçə gün Polşada qalacağını bildirib.

XS
SM
MD
LG