Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 18:44

Azərbaycanlı karateçi qızıl medal qazanıb


İstanbulda karate üzrə 5-ci “İstanbul Open” beynəlxalq turniri davam edir.

Turnirdə iştirak edən Azərbaycan komandası artıq bir qızıl, bir gümüş və iki bürünc medal qazanıb.

Gənclər arasında 76 kq çəki dərəcəsində mübarizə aparan Səid Quliyev 1-ci yeri tutub.

O, finalda rusiyalı İvan Alferova qalib gəlib.

Turan Balacanlı ilə Əli Hüseynov isə yeniyetmələr arasında (55 kq) bürünc medal qazanıblar.

Xatırladaq ki, turnirin birinci günü İmran Quluzadə (52 kq) gümüş medal qazanıb və beləliklə Azərbauycan yığmasının hesabında dörd medal var.

Turnirdə ümumilikdə 29 ölkədən 900 idmançı iştirak edir.
Müsabiqənin ümumi mükafat fondu 70 min dollardır.

/ANS/

Günün bütün mövzuları

XS
SM
MD
LG