Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:25

Slovakiyada referendum baş tutmayıb


Şənbə günü Slovakiyada ölkə parlamentində islahatlar aparılması ilə bağlı keçirilmiş referendum baş tutmayıb.

Hakim dairələrin məlumatına gərə, səvermədə 22 faizə yaxın seçici iştirak edib.

Referendumun baş tutması üçün səsvermədə 50 faizindən çox seçici iştirak etməli idi.

Sağ-mərkəzçi Azadlıq və Həmrəylik partiyasının təşəbbüsü ilə keçirilən referenduma deputatların sayının azaldılması və onların toxunulmazlıq hüququndan məhrum edilməsi, xidməti maşınlar almaq üçün ayrılmış vəsaitin azaldılması və s məsələlər çıxarılmışdı.

XS
SM
MD
LG