Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:31

İranda İnsan haqlarını qoryan qadına 6 il iş kəsildi


İranda insan haqları müdafiəçisi Şivə Nəzər Ahari 6 il azadlıqdan məhrum edilib.

O, hökumət əleyhinə sövdələşmədə, ictimai asaişi pozmaqda və digər cinayətlərdə itiham olunurdu.

Şivə Nəzər Ahari ötən ilin dekabrında dissident, ayatolla Hüseyin Əli Möntəzirinin dəfninə gedərkən həbs olunub.

Vəkilin sözlərinə görə, Ahari 70 şallaq cəzasından qurtulmaq üçün həmçinin 400 dollar məbləğində cərimə ödəməlidir.

Vəkil məhkəmənin qərarından şikayət vermək fikrindədir.
XS
SM
MD
LG