Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:27

Türkiyə erməniləri tarixi ibadətə yığışıblar


Türkiyə erməniləri təxminən son 100 ildə ilk dəfədir ki, ölkənin şərqindəki kilsələrdən birində ibadətə yığışıblar.

Van əyalətinin Axdamar şəhərindəki kilsədə keçiriləcək bu mərasimdə təxminən 3 min adamın iştirakı gözlənilir.

Türkiyədəki erməni icması hakim dfairələrdən belə bir mərasimin keçirilməsinə icazə verilməsini xahiş eləmişdi.

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib ki, mərasim Türkiyə cəmiyyətinin dözümlülüyündən xəbər verir.

Amma mərasimi baykota çağıran bir sıra ermənilər hesab edirlər ki, hakimiyyət bununla dünyanı azdırmağa çalışır.

Qeyd edək ki, Ermənistanla Türkiyə arasında diplomatik münasibətlər yoxdur.

Ermənistan Osmanlı İmperiyası dövründə ermənilərin soyqırımına məruz qaldıqlarını iddia edir.
Türkiyə itihamı rədd edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG