Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:59

«Öz kəndimizin mötəbər ağsaqqalıyıq biz»


«Gənc İşçi» qəzetinin 23 yanvar 1937-ci il sayında kənd ağsaqqalarını tənqid edən məqalə yer alır. Məqalənin müəllifi qəzetin müvəqqəti məsul redaktoru A. H.Mikayılzadədir.

«Udulu və Şorbacı kəndinin «ağsaqqalları»

«Əlibayramlı rayonu Udulu kənd sovet sədri Ağaməmməd Məmmədov və Şorbacı kənd məktəb direktoru Ramazanlı azyaşlı qızları nişanladaraq rüşvət almaqda sorumludurlar. Məktəbin beşinci sinif tələbəsi Qələm Abasəli qızı və Anaxanım Məmməd qızı, Həbib Balaqərdəş oğlu və Əlimirzə Məmməd oğluna nişanlandırılmışdır. Kənd soveti sədri Məmmədov və məktəb direktoru Ramazanlı Balaqardaş və Əlimirzədən iki min beş yüz manat pul, iki put çay, beş put un və üç put qənd rüşvət almışdır.

Öz kəndimizin mötəbər ağsaqqalıyıq biz
Şöhrətli qız alverçisi, qız dəllalıyıq biz
Zənnimcə bizə töhmət edənlər deyil haqlı
Çox yaşlıya az yaşlı qızı qılsaq adaxlı
Çox da deyilik bixəbər işdən halıyıq biz
Öz kəndimizin mötəbər ağsaqqalıyıq biz

«Toy şirnisini kim versə bizə almalıyıq biz»

Gəl indi düşündür də görək bəzi həpəndi
Guya ki çalıp çapmadayıq göz görə kəndi
Ya inki bizə müftə verirlər çayı, qəndi
Toy şirnisini kim versə bizə almalıyıq biz
Öz kəndimizin mötəbər ağsaqqalıyıq biz

Mən Şorbacı kəndindəki məktəbdə müdirəm,
Qız alverinə talibəm əvvəldən əsirəm
Məsləkdə sovet sədri ilə birdi xəmirəm
Qeyrətdə də həm bir birinin timsalıyıq biz
Öz kəndimizin mötəbər ağsaqqalıyıq biz

Olsan da sovet sədri ilə xəlvəti əlbir
Hər gün bölürük aldığımız rüşvəti bir-bir
Neylər bizə yazsın da bizi min dənə muxbir
Boş müftə məyər xalqımızın həmbalıyıq biz
Öz kəndimizin mötəbər ağsaqqalıyıq biz

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG