Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 23:55

«İşğal olunmuş ərazilərlə bağlı məsələ BMT Baş Məclisinin gündəliyinə salınıb»


Aqşin Mehdiyev

Aqşin Mehdiyev

«Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı məsələ BMT Baş Məclisinin gündəliyinə salınıb».

Bunu AzərTac-a müsahibəsində Azərbaycanın BMT-dəki daimi nümayəndəsi, səfir Aqşin Mehdiyev deyib. Onun sözlərinə görə, sentyabrın sonu - oktyabrın əvvəlində regiona faktaraşdırıcı missiyanın səfəri də gözlənilir:

«ATƏT-in Minsk qrupunun həmsədrləri aidiyyəti tərəflərlə apardıqları məsləhətləşmələr nəticəsində elan ediblər ki, cari il sentyabrın sonu - oktyabrın əvvəlində işğal olunmuş ərazilərdəki humanitar vəziyyətin öyrənilməsi məqsədilə regiona faktaraşdırıcı missiya səfər edəcək».

BMT-nin Nyu-Yorkda yerləşən baş qərargahında təşkilatın Baş Məclisinin 65-ci sessiyası sentyabrın 14-də öz işinə başlayıb. Sessiya çərçivəsində davamlı inkişafa yardım, beynəlxalq sülhün və təhlükəsizliyin dəstəklənməsi, insan hüquqlarının təşviq edilməsi, humanitar yardımın göstərilməsi üzrə səylərin səmərəli əlaqələndirilməsi, ədalətə və beynəlxalq hüququn inkişafına yardım, tərksilah, narkotiklərə nəzarət, cinayətkarlığın qarşısının alınması, beynəlxalq terrorizmlə mübarizə və digər məsələlər müzakirə ediləcək.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG