Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 04:26

İstanbuldan Pekinə uçan təyyarə Astanada yerə enməli olub


İstanbuldan Pekinə uçan sərnişin təyyarəsi Astanada məcburi eniş edib.

Təyyarə Türkiyənin hava yolları şirkətinə məxsusdur.

İnterfaksın məlumatına görə, təyyarənin salonunda iki elektron qurğu aşkar edilib.

Qurğular araşdırılmaq üçün Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsinə təhvil verilib.

İçərisində 250 sərnişin olan təyyarə az sonra uçuşu davam etdirib.
XS
SM
MD
LG