Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 14:53

Bolqarıstan romaların Fransadan deportasiyasına haqq qazandırıb


Bolqarıstanın xarici işlər naziri Nikolay Mladenov Fransa hökumətinin Şərqi Avropadan olan yüzlərlə romanı deportasiya eləməsinə haqq qazandırıb.

Yerli romalar sentyabrın 18-də Sofiyadakı Fransa səfirliyinin qarşısında etiraz aksiyası keçiriblər.

Məsələyə münasibət bildirən xarici işlər naziri Mladenov Fransa hökumətinin qanunsuz sığınacaqlarda yaşayan romaları deportasiya etməsinə qanuni haqqqı olduğunu bildirib.

Qeyd edək ki, Fransa hökuməti bu yaxınlarda Rumınya və Bolqarıstandan olan yüzlərlə romanı ölkədən deportasiya edib.

Avropa Komissiyası və bir çox Avropa ölkələri Fransanın bu addımını ittiham ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG