Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:29

Seçkiylə bağlı Bakı və rayonlarda sessiyalar keçiriləcək


ATƏT-in Bakı Ofisinin təsəbbüsü, Prezident Administrasiyası və Mərkəzi Seçki Komissiyasının köməyi ilə «Seçki prosesinə qeyri-qanuni müdaxilənin yolverilməzliyi» mövzusunda məlumat sessiyası keçiriləcək.

Bu barədə Mərkəzi Seçki Komissiyası məlumat verib.

Bu tədbirlərdə rayon icra hakimiyyətlərinin rəhbərliyi və dairə seçki komissiyalarının nümayəndələri istirak edəcəklər.

Məqsəd seçki prosesində icra hakimiyyətlərinin vəzifələri barədə məlumat vermək, maarifləndirici islər görməkdir.

Bu məqsədlə sentyabrın 20-də Bakıda, 21-də Sirvanda, 22-də Mingəçevirdə, 24-də isə Naxçıvanda sesiyalar keçiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG