Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:27

YAP namizədlərinin siyahısını açıqladı


Partiya 114 seçki dairəsindən namizəd irəli sürəcək

Partiya 114 seçki dairəsindən namizəd irəli sürəcək

Sentyabrın 18-də Yeni Azərbaycan Partiyası İdarə Heyətinin iclasında partiyanın 7 noyabr 2010-cu ildə keçiriləcək parlament seçkilərində iştirak edəcək namizədləri təsdiq olunub.

2005-ci ildə millət vəkili seçilmiş tanınmış partiya üzvlərindən Murtuz Ələsgərov, Əhəd Abıyev, Nizami Xudiyev və Nazim Məmmədovun adları siyahıda yoxdur.

YAP 10-dan çox dairədə, o cümlədən 102 saylı dairədə namizəd irəli sürməyib. Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun atası - bitərəf Fəttah Heydərov 2005-ci ildə məhz ordan deputat seçilib.

YAP-ın siyahısında 24 qadın, 90 kişi namizəd var.

1 saylı Şərur – Sədərək – Talıbov Vasif Yusif oğlu
2 saylı Şərur – Həbibbəyli İsa Əkbər oğlu
4 saylı Naxçıvan şəhər – İbrahimov Eldar Rza oğlu
5 saylı Şahbuz – Babək – Novruzov Siyavuş Dünyamalı oğlu
6 saylı Culfa – Babək – Hacıyev İsmayıl Muxtar oğlu
8 saylı Binəqədi birinci – Əsədov Oqtay Sabir oğlu
9 saylı Binəqədi ikinci – Mirzəyev Zakir İlyas oğlu
10 saylı Binəqədi üçüncü – İbrahimova Məlahət İsmayıl qızı
11 saylı Qaradağ – Vəliyev Ağalar İsrafil oğlu
12 saylı Qaradağ – Binəqədi – Yasamal – Zabelin Mixail Yuryeviç
13 saylı Xəzər birinci – Əliyev Rauf Asif oğlu
14 saylı Xəzər ikinci – Əliyeva Mehriban Arif qızı
15 saylı Yasamal birinci – Əhmədova Gülər Mikayıl qızı
16 saylı Yasamal ikinci – Məhərrəmov Abel Məmmədəli oğlu
17 saylı Yasamal üçüncü – Quliyeva Samirə Oruc Qulu qızı
18 saylı Nərimanov – Nizami – Babayeva Səkinə Rəşid qızı
19 saylı Nərimanov birinci – Əhmədov Əli Cavad oğlu
20 saylı Nərimanov ikinci – Muradlı Arzuman Ağamməd oğlu
21 saylı Nəsimi birinci – Verdiyeva Gülarə Eyvaz qızı
22 saylı Nəsimi ikinci – Rəhimov Fədail Rəşad oğlu
23 saylı Nəsimi – Səbail – Qurbanov Zəfər Qəzənfər oğlu
24 saylı Nizami birinci – Abdullayev Rövnəq İbrahim oğlu
25 saylı Nizami ikinci – Vəliyeva Sədaqət Süleyman qızı
26 saylı Sabunçu birinci – Tağıyeva Elnarə Firudin qızı
27 saylı Sabunçu ikinci – Salahzadə Qalib Aslan oğlu
28 saylı Sabunçu üçüncü – Ələsgərov Hüseynqulu Adil oğlu
29 saylı Səbail – Hüseynov Rəşid Məcid oğlu
30 saylı Suraxanı birinci – Fətəliyeva Sevinc Həbib qızı
31 saylı Suraxanı ikinci – Vəliyev Əhməd Abdulkərim oğlu
32 saylı Suraxanı üçüncü – Abıyev Ağacan Qulam oğlu
33 saylı Xətai birinci – Mirələmov Hüseynbala Fazil oğlu
34 saylı Xətai ikinci – Hacıyeva Nərminə Aslan qızı
35 saylı Xətai üçüncü – Qədirov Elvin Əvəz oğlu
36 saylı Xətai dördüncü – Seyidov Səməd İsmayıl oğlu
37 saylı Nizami birinci (Gəncə) – Məmmədov Şahin Həmid oğlu
38 saylı Nizami ikinci (Gəncə) – Hacıyev Asəf Hacı oğlu
39 saylı Kəpəz birinci (Gəncə) – Fətiyev Xanlar Nuru oğlu
40 saylı Kəpəz ikinci (Gəncə) – Quliyev Musa İsa oğlu
41 saylı Sumqayıt birinci – Abdullayeva Leyla Arif qızı
42 saylı Sumqayıt ikinci – Dəmirov Rafiq Balaməmməd oğlu
43 saylı Sumqayıt üçüncü – Babayev Muxtar Bahadur oğlu
44 saylı Sumqayıt – Abşeron – Xasayev Məharət Məhərrəm oğlu
45 saylı Abşeron – Əliyev Vahid İldırım oğlu
46 saylı Şirvan – Quliyev Azər Əli oğlu
47 saylı Mingəçevir – Mirzəzadə Aydın Böyükkişi oğlu
48 saylı Yevlax – Məmmədov İlham Kazım oğlu
49 saylı Yevlax – Mingəçevir – Hüseynov Əli Məhəmməd oğlu
51 saylı Qusar – Badamov Azər Camal oğlu
52 saylı Quba – Kərimov Hüseyn Ağahüseyn oğlu
53 saylı Quba – Qusar – Abramov Yevda Sasunoviç
54 saylı Şabran – Siyəzən – Süleymanov Tahir Süleyman oğlu
55 saylı Xaçmaz – Əşrəfov Arif Əşrəf oğlu
56 saylı Xaçmaz kənd – Əliyev İlham Əli Səttər oğlu
57 saylı Kürdəmir – Qəribov Fərhad Həsən oğlu
58 saylı Hacıqabul – Kürdəmir – Həmzəyeva Rəfiqə Ağarza qızı
61 saylı Neftçala – Rəhimzadə Arif Qafar oğlu
Milli Məclis
62 saylı Saatlı – Əliyev Cəlal Əlirza oğlu
64 saylı Sabirabad ikinci – Xəlilov Rüstəm Gülabba oğlu
65 saylı Saatlı – Sabirabad – Kürdəmir – Əmiraslanov Əhliman Tapdıq oğlu
67 saylı Cəlilabad şəhər – Həsənov Malik Əvəz oğlu
68 saylı Cəlilabad kənd – Kazımov Mirkazım Məhəmməd oğlu
69 saylı Cəlilabad – Masallı – Biləsuvar – Həsənov İlqar Elman oğlu
70 saylı Masallı şəhər – Əliyev Nəriman Əlibala oğlu
71 saylı Masallı kənd – Mehdiyev Şirziyad Zeydulla oğlu
72 saylı Yardımlı – Masallı – Əliyev Sərvət Məlikməmməd oğlu
73 saylı Lənkəran şəhər – Allahverdiyev Nibuvvət Hüseyn oğlu
74 saylı Lənkəran kənd – Rəcəbli Hadı Mussa oğlu
75 saylı Lənkəran – Masallı – Paşazadə Cavanşir Hümmət oğlu
76 saylı Lənkəran – Astara – Əsgərov Ziyafət Abbas oğlu
77 saylı Astara – Cəfərov Aslan Məmmədhüseyn oğlu
78 saylı Lerik – Məmmədov İqbal Nəriman oğlu
79 saylı İmişli – Qasımov Əsabil Qarakişi oğlu
80 saylı İmişli – Beyləqan – Rüstəmli Tahirə Ağamir qızı
81 saylı Beyləqan – Orucov Ayaz İsmayıl oğlu
82 saylı Ağcabədi – Rzayev Tahir Musa oğlu
83 saylı Ağcabədi – Füzuli – Əliyev Sadiq Zamiq oğlu
84 saylı Füzuli – Muradova Bahar Əvəz qızı
85 saylı Şamaxı – Eminalıyev Eyvaz Məmmədəli oğlu
86 saylı İsmayıllı – Ağayev Firudin Hacı oğlu
87 saylı Ağsu – İsmayıllı – Cavadov Ərəstun Nurəddin oğlu
88 saylı Göyçay – Şükürov Sahib Yunis oğlu
89 saylı Göyçay – Ağdaş – Hacıyev Şəmsəddin Hümmət oğlu
90 saylı Ağdaş – Həmidov Vüqar Rəsul oğlu
91 saylı Ucar – Abdullayeva Şəhla Əhməd qızı
92 saylı Zərdab – Ucar – Vəliyev Canpolad Şamil oğlu
94 saylı Bərdə kənd – Behbudov Şamil Camal oğlu
95 saylı Tərtər – Əhmədov Əhməd Hüseyn oğlu
96 saylı Goranboy – Naftalan – Muxtarov Hafiz Əli oğlu
97 saylı Goranboy – Ağdam – Tərtər – Məmmədova Gülçöhrə Hüseyn qızı
98 saylı Şəmkir şəhər – Qafarova Sahibə Əli qızı
99 saylı Şəmkir kənd – İbrahimqızı Məlahət İbrahim qızı
100 saylı Şəmkir – Daşkəsən – Qurbanlı Mübariz Qəhrəman oğlu
101 saylı Göy-göl – Daşkəsən – Məmmədov İlham Müseyib oğlu
103 saylı Gədəbəy – Həsənova Sevinc Əmirəhməd qızı
104 saylı Gədəbəy – Tovuz – Məmmədhəsənov Rafiq Musa oğlu
105 saylı Tovuz – Aslanov Nəsrəddin Əsəd oğlu
106 saylı Tovuz – Qazax – Ağstafa – Hüseynova Validə Süleyman qızı
107 saylı Qazax – Ağakişiyev Polad Məhəmməd oğlu
108 saylı Ağstafa – Cəfərov Nizami Qulu oğlu
109 saylı Balakən – Aslanova Rəbiyyət Nurullah qızı
110 saylı Zaqatala – Atayev Hikmət İsmayıl oğlu
111 saylı Zaqatala – Balakən – Süleymanova Namidə Abdulla qızı
112 saylı Qax – Əfəndi Mahir Qalib oğlu
113 saylı Şəki şəhər – Mahmudov Yaqub Mikayıl oğlu
114 saylı Şəki kənd birinci – Rəsulov Rafiq Abduləli oğlu
115 saylı Şəki kənd ikinci – İsmayılova Sudabət Şöyüb qızı
117 saylı Oğuz – Qəbələ – Naxçıvanlı Aqiyə Həbib qızı
118 saylı Ağdam şəhər – Əmirov Anar Şahin oğlu
119 saylı Ağdam kənd – Sadıxov Bəxtiyar Yusif oğlu
120 saylı Cəbrayıl – Qubadlı – Şahverdiyev Astan Nuşirəvan oğlu
121 saylı Laçın – Fərəcov Nazim Fərəc oğlu
123 saylı Kəlbəcər – Qurbanov Cavid Qənbər oğlu
124 saylı Şuşa – Ağdam – Xocalı – Xocavənd – Məmmədov Elman Camal oğlu
125 saylı Zəngilan – Qubadlı – İsmayılov İmamverdi İbiş oğlu

ƏHƏD ABIYEV: «YAP-ÇI OLMUŞAM, ELƏ YAP-ÇI DA OLACAM»

Əhəd Abıyev
«Mən partiyanın əsgəriyəm, prezidentimə inanıram, inanacağam da, onun siyasətini də var-qüvvəmlə dəstəkləyəcəyəm».

Bunu AzadlıqRadiosuna YAP-ın namizədlər siyahısına adı düşməyən Əhəd Abıyev deyib. Millət vəkili bu xəbərin onun prinsiplərini dəyişməyəcəyini deyib:

«Eybi yoxdur, Allah prezidentin canını sağ eləsin. Mən YAP-çı olmuşam, elə YAP-çı da olacam. Dövlətçiliyə, prezidentimə sədaqətli olacam. Partiyanın işidir, mən bu işə qarışa bilmərəm. Görünür, partiya rəhbərliyi belə məsləhət görüb, biz üzvlər də ona əməl etməliyik. 15 ildir bu partiyanın çörəyini yeyirəm, suyunu da içirəm və bu sərbəstlik, azadlıq, əmin-amanlıq YAP-ın sayəsindədir».

REKTORLAR YAP-IN SİYAHISINDA QALIB


YAP-ın siyahısında parlamentdə təmsil olunan bir sıra universitetlərin rektorları qalıb.

Bunlar:

Naxçıvan Dövlət Universitetinin rektoru İsa Həbibbəyli

Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev

Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidov

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Ağacan Əbiyevdir.

Ötən parlament seçkilərində 7 saylı Ordubad-Culfa seçki dairəsindən seçilən yazıçı Əkrəm Əylisli bu dəfə namizədliyini irəli sürməyib. YAP-ın da 7 saylı dairədən namizədi yoxdur.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG