Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:22

Avropa məhkəməsi Azərbaycanın şikayətinə baxacaq


Çingiz Əsgərov
«Eynulla Fətullayevlə bağlı Azərbaycan tərəfinin Avropa İnsan Haqları Məhkəməsinin Böyük Palatasına etdiyi şikayətin icraata götürülüb-götürülməməsi barədə bizə hələlik məlumat verilməyib».

Bunu «APA»ya Azərbaycanın Avropa İnsan Haqları Məhkəməsindəki səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov deyib.

Ç.Əsgərov bunun üçün əvvəlcə Böyük Palatanın müvafiq komitəsinin yaranmalı olduğunu bildirib:

«Böyük Palatanın iclası sentyabrın 8-də olub. Orada 5 hakimdən ibarət heyət Komitənin yaranması məsələsinə baxmalı idi. Bundan sonra bir mərhələ də var. Növbəti mərhələdə isə bu şikayətə Böyük Palatada baxılıb-baxılmaması barədə qərar verməlidirlər. Bir müddət əvvəl Azərbaycan dövləti başqa bir iş üzrə Böyük Palataya şikayət etmişdi, həmin vaxt bizə 4 aydan sonra cavab gəldi. Biz Eynulla Fətullayevlə bağlı şikayəti bu il iyul ayının ortalarında vermişik. Təxminən oktyabr-noyabr aylarında icraata götürülüb-götürülməməklə bağlı qərar olacaq. Əgər icraata götürsələr, məsələyə bir il ərzində münasibət bildiriləcək».

Ç.Əsgərov Eynulla Fətullayevin parlament seçkilərinə namizəd qismində qatılmaq istəyi ilə bağlı açıqlamasına da münasibət bildirib:

«Avropa İnsan Haqları Məhkəməsinin qərarı hələlik qüvvəyə minməyib, Eynulla Fətullayevin üzərindən məhkumluğu götürülməyib. İndi Mərkəzi Seçki Komissiyası qərar verməlidir ki, məhkum seçkidə iştirak edə bilər, yoxsa yox».

Ç.Əsgərov hazırda Avropa İnsan Haqları Məhkəməsinin icraatında Azərbaycana qarşı 100-ə yaxın işin olduğunu da qeyd edib.

Bu il aprelin 22-də Avropa İnsan Haqları Məhkəməsi həbsdə olan jurnalist Eynulla Fətullayevin Azərbaycana qarşı şikayətinə baxıb. Məhkəmə E.Fətullayevin dərhal azad edilməsi və ona 25 min avro kompensasiya ödənilməsi haqda qərar verib.

Azərbaycan hakimiyyəti isə Avropa İnsan Haqları Məhkəməsinin qərarından Böyük Palataya şikayət edib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG