Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:49

Xaça görə qalmaqal


Van gölünə yaxın kilsənin bərpa prosesinin bitməsi ilə bağlı mərasim. 29 mart 2007

Van gölünə yaxın kilsənin bərpa prosesinin bitməsi ilə bağlı mərasim. 29 mart 2007

Gözlənilirdi ki, həmin gün bir barışıq günü olacaq – iki tarixi düşmən arasında yaxınlaşmaya xidmət edəcək bir addım olacaq.

Amma indi Türkiyə və Ermənistan arasında yeni – səs-küylü qalmaqal yarana bilər.

Ermənilər Türkiyə hökumətinin Van gölündəki adada yerləşən, 100 ilə qədərdir ki, istifadə edilməyən, 10 əsrə aid keçmiş erməni kilsəsində dini mərasim keçirməyə icazə verməsini əvvəlcə alqışlamışdılar.

MƏRASİM SENTYABRIN 19-DA KEÇİRİLMƏLİDİR

Amma indi bir çox ermənilər Türkiyə hökumətini ittiham edirlər ki, o, özünün əvvəl verdiyi vəddən geri çəkilir – kilsənin günbəzinə xaç taxmaqdan imtina edir.

Buna görə də mərasimdə iştirak etmək üçün kilsəyə getməyə hazrlaşan yüzlərlə erməni səfərini ləğv edib.

Bəzi tənqidçilər iddia edirlər ki, Türkiyənin məqsədi heç də barışığa doğru addım atmaq deyil, Ankara sadəcə Avropa Birliyinin gözündən pərdə asmaq istəyir. Ermənilərə əl uzatması haqda rəy yaratmağa çalışır ki, bu, Avropa Birliyinə qoşulmaq planlarına kömək etsin.

Emənistanda hakimiyyətdə olan Respublikaçılar Partiyasının sözçüsü Eduard Şarmazanov deyir:

“Onlar bu məsələdən çox incə şəkildə istifadə edirlər ki, dünyaya göstərsinlər ki, baxın Ədalət və İnkişaf Partiyası və onun lideri Ərdoğan Avropayla yaxınlaşır. Konstitusiya islahatından sonra onların Avropa dəyərlərinə sadiq olduqlarını nümayiş etdirməyə ehtiyacları yaranıb”.

Türkiyə sözügedən kilsəni üç il qabaq muzey kimi yenidən açıb.

KİLSƏNİN BƏRPASINA 1,5 MİLYON DOLLAR XƏRCLƏNİB

Türkiyənin Mədəniyyət naziri Ərtoğrul Günay deyib ki, bu məsələni həm erməni, həm də türk millətçiləri öz məqsədləri üçün istismar edirlər.

Onun sözlərinə görə, bu, hökumətin din azadlığına hörmətinin göstəricisidir, xoş məramlı bir addımdır.

Onun müavini İsmet Yılmaz deyib ki, xaç məsələsi texniki məsələdir və bunu mümkün qədər tez həll etməyə çalışırlar.

“Bərpa işlərini italyan mütəxəssislər aparıb və indi 2 metr hündürlüyündə, 200 kiloqram ağırlığında xaçı günbəzə taxmaq mümkün deyil. Biz buna qarşı çıxmırıq. Amma əgər biz heç bir dəyişiklik etmədən günbəzə xaç taxsaq, hətta zəif külək də günbəzə ziyan vuracaq. Biz problemi həll etmək üçün ayrı mütəxəssilər dəvət etmək fikrindəyik”

Bəziləri isə hesab edirlər ki, hökumət kilsəyə xaç taxılmasını referenduma görə təxirə salıb – çünki bununla qalmaqal yarana və Konstitusiya dəyişikliklərinə etiraz edən millətçilər ictimai rəyi öz xeyirlərinə dəyişə bilərdilər.

Van qubernatoru isə söz verib ki, bazar günkü mərasimə qədər xaç hazır olacaq və kilsənin günbəzinə taxılacaq.

Amma Ermənistan kilsəsinin nümayəndələri üçün bu söz kifayət etməyib və onlar öz nümayəndələrini Vana göndərmək qərarından daşınıblar.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG