Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:05

Alimlər və incəsənət işçilərinin də maaşları artırıldı


Mədəniyyət, gənclər və idman müəssisələrində çalışan işçilərin maaşları sentyabrın 1-dən hesablanmaqla 10 faiz artırılıb.

Prezident İlham Əliyevin sentyabrın 17-də imzaladığı başqa bir sərəncamla Milli Elmlər Akademiyasının tabeliyində olan və dövlət büdcəsindən maliyyələşdirilən digər elm və elmi tədqiqat müəssisə, idarə və təşkilatlarda çalışan işçilərin də əmək haqlarının da 10 % artırılması nəzərdə tutulur. Alimlərin də maaşlarının artırılması sentyabrın 1-dən hesablanacaq.

Prezident bir qədər əvvəl müəllimlərin, həkimlərin maaşlarının da 10 faiz artırılması, həmçinin tələbələrin və şəhid ailələrinin təqaüdlərinin qaldırılması barədə sərəncamlar imzalayıb.

Müxalifət qrupları bunu hakimiyyətin payızda keçiriləcək parlament seçkisi ərəfəsində vətəndaşların səsini almaq cəhdi adlandırırlar.
XS
SM
MD
LG