Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:10

Apelyasiya Məhkəməsi Konstitusiya Məhkəməsinə qarşı şikayətə baxıb


Sentyabrın 17-də Bakı Apellyasiya Məhkəməsidə Hüquq Maarifçiliyi Cəmiyyətinin Konstitusiya Məhkəməsinə qarşı iddiasına ilkin baxış iclası keçirilib. Hakim Məmməd Məmmədovun sədrliyi ilə keçirilən məhkəmə prosesi sentyabrın 22-nə təyin olunub.

2009-cu ildə Hüquq Maarifçiliyi Cəmiyyəti Konstitusiya Məhkəməsinə ünvanlanan şikayətlərə baxılması ilə bağlı həm qanunvericiliyin, həm də onun tətbiqi praktikasının monitorinqi ilə bağlı hesabat hazırlamaq üçün informasiya sorğusu ilə Konstitusiya Məhkəməsinə müraciət edib. Bu sahədə mövcud olan problemləri ictimaiyyətin diqqətinə çatdırmaq və problemin həllinə yönələn ictimai müzakirələr təşkil etmək üçün lazım olan informasiyalar sorğusunu Konstitusiya Məhkəməsi cavablandırmayıb.

Hüquq Maarifçiliyi Cəmiyyəti Konstitusiya Məhkəməsinə qarşı informasiyanı verməkdən imtinanın qanunsuz sayılması və ifadə azadlığının pozulması ilə bağlı Səbail rayon Məhkəməsində iddia qaldırıb. Birinci instansiya məhkəməsi iddianı təmin etməyib.
XS
SM
MD
LG