Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:11

AŞPA-nın müşahidə missiyası oktyabrda Azərbaycana gəlir


Azərbaycanda seçkiqabağı vəziyyətin monitorinqinin aparılması məqsədilə oktyabrın 18-də ölkəyə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) beş nəfərdən ibarət nümayəndə heyəti gələcək.

Bu barədə jurnalistlərə AŞ-ın Bakı ofisinin rəhbəri Veronika Kotek bildirib.

Onun sözlərinə görə, seçkilərin gedişini bilavasitə izləmək üçün ikinci missiya səsvermə prosesinə bir neçə gün qalmış gələcək. Onun tərkibinə AŞPA-nın 30 nümayəndəsi daxil olacaq. Kotek bildirib ki, parlamentarilərin adları yaxın günlərdə açıqlanacaq.

Milli Məclisə seçkilər 2010-cu il noyabrın 7-nə təyin olunub.

XS
SM
MD
LG