Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:48

Həftəsonu rayonlara leysan yağacaq


Bakıda və Abşeron yarımadasında həftəsonu dəyişkən buludlu, əsasən yağmursuz hava davam edəcək. Sinoptiklərin məlumatına görə, sentyabrın 18-də axşam buludluluğun artacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 16-20°, gündüz 25-27° olacaq.

Sentyabrın 19-da buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 15-18°, gündüz 22-24° təşkil edəcək. Sentyabrın 20-də hava əsasən yağmursuz keçəcək.

Azərbaycanın rayonlarında sentyabrın 18-də əsasən yağmursuz hava olsa da, axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi günün ikinci yarısında qərb küləyi ilə əvəz olunacaq, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 15-19°, gündüz 26-30°, dağlarda gecə 8-12°, gündüz 16-19° olacaq.

Sentyabrın 19-20-də şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Gecə və axşam bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı var.

Günün bütün mövzuları

XS
SM
MD
LG