Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:01

Ağstafanın kəndində qrunt suları problemi


Ağstafanın Tatlı kəndində bir neçə evin həyətyanı sahələri və zirzəmiləri qrunt suları atında qalıb. Hər ilin yaz və payız fəslində yerdən qaynayan sular bir neçə aya çəkilir.

Ağstafa rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ramiz Tatarov AzadlıqRadiosuna deyib ki, məsələ ilə bağlı dəfələrlə Fövqəladə Hallar Komissiyasının, Regional Mülki Müdafiə Qərargahının, İcra Hakimiyyətinin nümayəndələri həmin kəndə olublar:

«Tatlı dağ kəndidir. Su yerin altından qaynayır və mövsümi xarakter daşıyır. Suyun mənşəyi məlum deyil. Biz həmin kənddə sakinlərə lazımi köməkliyi göstəririk».

Ramiz Tatarov deyir ki, problemin tez bir zamanda həll olunması üçün bütün zəruri addımlar atılır.
XS
SM
MD
LG