Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:47

Londonda pakistanlı siyasətçi öldürülüb


Londonda pakistanlı siyasətçi öldürülüb. İmran Faruq olduğu deyilən şəxs Pakistanın Muttahi Quami Hərəkatının lideridir. Bu partiya Talibana qarşı mövqeyi ilə seçilir və Karaçi, Sind əyalətlərində böyük nüfuza malikdir.

İmran Faruqun 1992-ci ildən bəri Londonda yaşadığı bildirilir. O, Pakistanın təhlükəsizlik qüvvələri tərəfindən müxtəlif ciddi cinayətlərə görə axtarışdadır. Siyasətçi həmin ittihamları qəbul etmirdi.

London polisi bildirib ki, sentyabrın 16-da gecə saatlarında 50 yaşlarında, bir neçə bıçaq yarası almış şəxsin ölüsünü tapıblar. Hadisənin baş verdiyi ünvan isə açıqlanmır. Polis hazırda araşdırma aparır.

Günün bütün mövzuları

XS
SM
MD
LG