Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 10:04
Sabiq diplomat, Fransa Beynəlxalq Araşdırmalar Mərkəzinin (İFRİ) tədqiqatçısı və RAMSES-in həmsədri, Paris Siyasi Elmlər İnstitutunun professoru Filip Moro Defarj “Qanun” Nəşrlər Evinin dəvəti və Fransanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə Bakıya səfərə gəlir.

Filip Moro Defarjın səfərində əsas məqsədi müəllifi olduğu “Geopolitikaya giriş” kitabının Azərbaycan dilində işıq üzü görmüş nəşrinin təqdimatında iştirak etməkdir.

İlk dəfədir azərbaycancaya tərcümə olunan “Geopolitikaya giriş”i “Qanun” nəşriyyatı “Ən yeni tərcümələr” seriyasında çap edib. Kitabı Fransada yaşayan Xəqani Quliyev və Yalçın Məmmədov dilimizə çeviriblər. Müəllif ayrıca olaraq Azərbaycan nəşri üçün ön söz də yazıb.

“Media forum” saytının məlumatına görə, Bakıya üç günlük səfəri zamanı Filip Moro Defarj Azərbaycan Dövlət İdarəçilik Akademiyasında, Bakı Dövlət universitetlərində tələbə və müəllim heyəti qarşısında məruzə oxuyacaq.

“Geopolitikaya giriş” kitabının müəllifin iştirakıyla təqdimatı isə sentyabrın 23-də saat 19-da “Əli və Nino” kitab kafesində olacaq.

"Mediaforum"

Günün bütün mövzuları

XS
SM
MD
LG