Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:27

Türkdilli ölkələrin dövlət başçılarının 10-cu sammiti işə başlayıb


Sammitdə Türk dilli ölkələrin Əməkdaşlıq Şurasının yaradılmasına qərar verilib. Şuranın İstanbulda katibliyi yaradılacaq, katibliyin baş katibi vəzifəsini isə ilk 3 il müddətində Türkiyə həyata keçirəcək. arasında əlaqələrin gücləndirilməsi üçün sistemli şəkildə fəaliyyət göstərəcək Şuranın baş katibliyi vəzifəsinə Türkiyənin Rusiyadakı keçmiş səfiri Xəlil Akıncının namizədliyi irəli sürülüb. Beş əsas hissədən ibarət olacaq şuranın baş katibinin hər ölkədən bir köməkçisi olacaq.

İstanbulda «Çırağan» sarayında keçirilən zirvə toplantısında Türkiyə, Azərbaycan, Qırğızıstan, Qazaxıstan, Türkmənistan respublikalarının prezidentləri iştirak edir. Sammitə yalnız Özbəkistan təmsilçiləri qatılmayıblar. Zirvə toplantısında müzakirə dilinin «Ali Türk dili» olan Türkiyə Türkcəsi olmasına qərar verilib. Bundan əvvəlki toplantılar isə İngilis və Rus dillərində idi.

Sammitin yekununda İstanbul Bəyannaməsinin imzalanması nəzərdə tutulur. Bəyannamədə 3 oktyabr tarixinin Türk Dilində Danışan Ölkələr Günü elan edilməsi, Türk Əməkdaşlıq Şurasının yaradılması, Bakıda Türk Mədəni İrsinin Qorunması Fondunun yaradılması, elmi araşdırma və fəaliyyətlər üçün fond yaradılması, universitetlərarası birliyin qurulması məsələləri öz əksini tapıb.

Sammitin yekun hesabatı bütün iştirakçı ölkələrin dövlət dilində yayımlanacaq.
Türk dilli ölkələrin 9-cu Zirvə Toplantısı ötən il Naxçıvanda keçirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG