Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:26

ABŞ və Rusiya müdafiə nazirləri Qarabağ münaqişəsindən danışıb


ABŞ-ın müdafiə naziri Robert Qeyts Dağlıq Qarabağda güc tətbiqinin qarşısının alınması üçün səyləri artırmağı vacib hesab edir.

«İtar-Tass»ın yaydığı məlumata görə, bu barədə ABŞ və Rusiya müdafiə nazirləri Robert Qeyts və Anatoli Serdyukovun Vaşinqtondakı danışıqlarının yekunlarını şərh edən Pentaqon nümayəndəsi bildirib.

«Tərəflər cəbhə xəttində bir müddət əvvəl Azərbaycanla Ermənistan arasında baş vermiş toqquşma ilə bağlı qısa müzakirələr aparıblar. ABŞ müdafiə naziri Dağlıq Qarabağda zor tətbiqinin qarşısının alınması üçün səyləri artırmağın vacibliyini diqqətə çatdırdı».

ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi onu da qeyd edib ki, tərəflər Qafqaz üzrə məsələlərin tam spektrini nəzərdən keçiriblər. «Geyts 2008-ci ilin avqustunda imzalanmış atəşkəs rejimi sazişinə əməl olunmasının zəruriliyini qeyd edib və Rusiya tərəfini onun regiondakı silahlı qüvvələrlə bağlı şəffaflığa daha çox əməl etməyə çağırıb».

Günün bütün mövzuları

XS
SM
MD
LG