Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:34

Romaların problemi Avropa Birliyi liderlərinin əhvalını poza bilər


"Qaraçı" kimi tanınan romaların Fransadan deportasiyası məsələsi sentyabrın 16-da Avropa Birliyi liderlərinin əhvalını poza bilər.

Brüsseldə Avropa Birliyi liderlərinin sammiti açılır və sammitdən əvvəl Fransa Avropa Komissiyasının üzvü Vivian Redinqin bəyanatını «qəbuledilməz» adlandırıb. V. Redinq romalara qarşı Fransa hökumətinin hərəkətini 2-ci Dünya müharibəsi zamanı "qaraçı"ların almanlar tərəfindən izlənməsi ilə müqayisə edib.

Fransanın baş naziri Fransua Fiyon Avropa Birliyini təcili olaraq romalıların problemi ilə məşğul olmağa çağırıb.

İlin əvvəlindən Fransa hökuməti 8 mindən çox əcnəbi əsilli "qaraçı"nı ölkədən deportasiya edib. Avropa Birliyinin rəhbərliyi isə bildirib ki, Birlik qanunlarının pozulduğu müəyyənləşərsə Paris inzibati tədbirlərlə qarşılaşa bilər.

Bu arada isə Avropa Birliyinin bu gündən başlayan sammitində blokun iqtisadi və xarici siyasətinin müzakirə olunacağı da gözlənilir.
XS
SM
MD
LG