Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 13:45

Metyu Brayzanın namizədlik məsələsinə sentyabrın 21-də baxılacaq


Metyu Brayzanın Azərbaycana səfir təyin olunması ilə bağlı müzakirələr sentyabrın 21-də keçiriləcək.

Bu barədə ABŞ Senatının rəsmi internet səhifəsində məlumat yerləşdirilib. Həmin gün Senatın Xarici Əlaqələr komitəsində Amerikanın bir sıra ölkələrə, o cümlədən Azərbaycana, Çexiyaya, Almaniyaya və Sloveniyaya səfirlərinin təyinatı ilə bağlı növbəti müzakirələr keçiriləcək.

Müzakirələr Bakı vaxtı ilə gecə saatlarına təyin olunub. Komitə Metyu Bryzanı təsdiq edərsə, o zaman onun məsələsi Senatın ümumi iclasına təqdim olunacaq.

Metyu Brayza bundan əvvəl Qarabağ münaqişəsinin həlli üçün danışıqlara vasitəçilik edən ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri olub.

2009-cu ilin iyul ayından ABŞ-ın Azərbaycanda səfiri vəzifəsi boş idi. Azərbaycan hökuməti bu qeyri-müəyyənliyin ikitərəfli əlaqələrə təsir etməsindən narahatlıq ifadə etmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG