Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:38

Azərbaycan və Türkiyə arasında saziş imzalanıb


Azərbaycan və Türkiyə arasında strateji əməkdaşlığın Ali Şurasının yaradılması haqqında saziş imzalanıb.

Saziş sentyabrın 15-də prezident İlham Əliyevin İstanbulda Türkdilli ölkələrin dövlət başçılarının X Zirvə toplantısı çərçivəsində imzalanıb.

Tərəflər sənədin ikitərəfli münasibətlərin daha da inkişaf etməsinə xidmət edəcəyini bildirib.

Öz növbəsində prezident İlham Əliyev bildirib ki, iki ölkə arasında imzalanmış bu sənəd strateji əhəmiyyət daşıyır və tərəflərin tam şəkildə müttəfiqliyini nümayiş etdirir. O, eyni zamanda bu sənədin Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycana yardım edəcəyini də vurğulayıb.

Dünəndən Türkiyədə səfərdə olan prezident İlham Əliyev türkiyəli həmkarı Abdulla Gül və baş nazir Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG