Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 05:58

Qənimət Zahidin şikayəti təmin olunmadı


Azerbaijan – Journalist Ganimat Zahidov (Zahid), 03Dec2008

Azerbaijan – Journalist Ganimat Zahidov (Zahid), 03Dec2008

«Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahidin məhkumluğunun vaxtından əvvəl üzərindən götürülməsi ilə bağlı şikayəti təmin olunmayıb. Baş redaktor Yasamal rayon Məhkəməsinə müraciət etmişdi ki, onun üzərindən məhkumluq götürülsün.

Sentyabrın 15-də məhkəmə şikayətə baxmışdı, amma qərarın açıqlanması sentyabrın 16-na qalmışdı. Qənimət Zahid şikayətin təmin edilməməsini ona qarşı olan əlavə təzyiq hesab edir:

«Bu adamlar hələ də məni, azad sözün daşıyıcılarından biri olaraq özlərinə təhlükə hesab edirlər. Ona görə də bu məsələni əlavə təzyiq kimi mənim üzərimdə saxlayırlar».

Baş redaktor bu məsələnin onun parlament seçkilərinə qatılmaq işinə maneə ola bilməyəcəyini düşünür. O, 17 saylı Yasamal Seçki Dairəsindən namizədliyini irəli sürüb.

Qənimət Zahidin dediyinə görə, qanunvericilik ağır cinayətlərə görə məhkum edilmiş şəxsin seçkiyə qatılmaq niyyətini məhdudlaşdırır, ona qarşı irəli sürülən ittiham isə ağır cinayətlər kateqoriyasına aid deyil.

Xuliqanlıq ittihamı ilə 2007-ci ilin noyabrında 4 il azadlıqdan məhrum edilən baş redaktor 2010-cu il martın 17-də əfv edilib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG