Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 07:57

Azərbaycan vətəndaşları Ermənistanı məhkəməyə verib


Avropa Insan Haqları Məhkəməsi
Avropa Insan Haqları Məhkəməsi
Sentyabrın 15-də Avropa İnsan Haqları Məhkəməsinin Böyük Palatası “Çıraqov və başqalarının Ermənistana qarşı” işi üzrə Dağlıq Qarabağdan olan azərbaycanlı məcburi köçkünlərin iddiasına baxıb.

İddiaçılar Azərbaycanın altı vətəndaşı – Elxan və Adışirin Çıraqovlar, Ramiz Cəbrayılov, Akif Həsənov, Fəxrəddin Paşayev və Qara Cəbrayılovdur. Akif Həsənovdan başqa iddiaçıların hamısı hazırda Bakıda yaşayırlar. Laçın rayonundan olan bu şəxslər 1992-ci il mayın 17-də zorla evlərindən qovulub, mülkiyyətləri ermənilərin əlinə keçib.

İddia ərizəsi İnsan Haqları Konvensiyasının 1-ci Protokolunun 1-ci (mülkiyyətin toxunulmazlığı), 8-ci (şəxsi həyatın toxunulmazlığı), 13-cü (ədalətli mühakimə hüququ) maddələrinə əsaslanır. İddiaçılar, həmçinin milli ayrı-seçkiliyə (14-cü maddə) məruz qaldıqlarını qeyd edərək bildiriblər ki, əgər erməni və xristian olsaydılar, onları evlərini tərk etməyə məcbur etməzdilər. İddiaçılar ərizələrində Laçın rayonundan olan etnik kürdlər olduqlarını bildiriblər.

Şikayət ərizəsi Avropa İnsan Haqları Məhkəməsinə 2005-ci il aprelin 6-da daxil olub. Məhkəmədə həmin şəxsləri başqa ölkələrdən olan vəkillər müdafiə edir. Hələlik qərar qəbul edilməyib.

Sözü gedən məhkəmədə Ermənistandan olan bir nəfərin də Azərbaycana qarşı eyni məzmunlu şikayətinə baxılır. Həmin şəxs iddia ərizəsində Azərbaycanın Goranboy rayonundan olduğunu və Azərbaycanın hərbi qüvvələri kəndə daxil olanda evini tərk etdiyini bildir.

Azərbaycandan gedən nümayəndə heyətinin üzvü vəkil Anar Qasımovun AzadlıqRadiosuna verdiyi məlumata görə, Ermənistandan olan nümayəndə Azərbaycan vətəndaşlarının iddiası ilə bağlı deyib ki, şikayət müddəti başa çatıb, ona görə iddia təmin edilməməlidir. O, həm də əlavə edib ki, bu Ermənistana yox, Dağlıq Qarabağa aid bir məsələdir. Ermənistandan olan nümayəndə iddiaçıların istənilən vaxt öz torpaqlarına qayıtmaq imkanlarının olduğunu bildirb. Proses davam edir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG