Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:09

Fransada pensiya həddi qaldırlır


Fransa parlamentinin aşağı platası pensiya həddinin 60-dan 62 yaşa qaldırılmasıyla bağlı prezident Nikole Sarkozinin təklif etdiyi qanun layihəsini qəbul edib.

329 deputat qanun layihəsinin lehinə, 200-dən çoxu isə əleyhinə səs verib.

Qanun layihəsi baxılmaq üçün Senata göndərilib.

Bu plan Fransada kəskin etiraz dalğasına səbəb olub.

Bu yaxınlarda həmkarlar ittifaqı və solçuların təşkil etdiyi nümayişlərdə milyondan çox adam iştirak edib.

Həmkarlar İttifaqı sentyabrın 23-də tətilə başlamağı planlaşdırır.

Bu qanun qəbul olunsa belə Fransa Avropada pensiya həddinin ən aşağı olduğu ölkələrdn biridir.
XS
SM
MD
LG