Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:41

Fransa Avropa Birliyinin tənqidini rədd edib


Paris bu yaxınlarda Romaların Fransadan deportasiyasına görə, Avropa Birliyinin tənqidini rədd edib.

Avropa Komissiyasının üzvü Vivian Redinq bu günlərdə Fransa hökumətinin hərəkətini pisləyərək onu məhkəməylə hədələyib.

Fransa hökumətinin Avropa məsələləri üzrə naziri Pier Lelyuş isə komissiya üzvünün indiki hadisələri İkinci Dünya Müharibəsi dövründə yəhudi və romaların kütləvi şəkildə təqib olunması ilə eyniləşdirməsini kobud səhv adlandırıb.

Fransa hökuməti bu yaxınlarda Rumınya və Bolqarıstandan olan yüzlərlə romanı ölkədən deportasiya edərək geri qaytarıb.
XS
SM
MD
LG