Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 05:21

İşdən çıxarılmış jurnalist AZTV-ni məhkəməyə verib


Jurnalist Asəf Quliyev işdən çıxarıldığına görə, Azərbaycan televiziyasını məhkəməyə verib.

İddia ilə bağlı sentyabrın 15-də Səbael rayon məhkəməsində hazırlıq iclası keçiriləcək.

Asəf Quliyev deyir ki, onun işdən çıxarılması ilə bağlı televiziya rəhbərliyinin əmrində televiziya ilə jurnalistin imzaladığı müqavilənin başa çatması əsas göstərilir.

Amma jurnalist işdən çıxarılmasını məzuniyyətdə olduğu dövrdə Ermənistana etdiyi səfərlə əlaqələndirir.

Asəf Quliyev işdən çıxarılması haqqında əmrin ləğv edilməsi və yenidən işə bərpa olunmasını istəyir.

Bundan başqa bu addımı ifadə azadlığının pozulması kimi qiymətləndirən jurnalist televiziyadan ona dəyən mənəvi ziyana görə kompensasiya tələb edir.

Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətindən isə Azadlıqradiosuna bildirilib ki, jurnalistin işdən çıxarılması müqavilə müddətinin bitməsilə bağlıdır.
XS
SM
MD
LG