Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:16

Ermənistan səfərinin Bakı aqibəti


Asəf Quliyev
Asəf Quliyev
Jurnalist Asəf Quliyev işdən çıxarıldığına görə, Azərbaycan dövlət televiziyasını məhkəməyə verib. İddia ilə bağlı sentyabrın 15-də Səbail rayon Məhkəməsində hazırlıq iclası keçirilib.

Asəf Quliyev Uşaq, gənclər və hərbi vətənpərvərlik proqramları baş redaksiyasının redaktoru işləyib. Deyir ki, işdən çıxarılması ilə bağlı televiziya rəhbərliyinin əmrində televiziya ilə jurnalistin imzaladığı müqavilənin başa çatması əsas göstərilir. Ancaq o, işdən çıxarılmasını məzuniyyətdə olduğu dövrdə Ermənistana etdiyi səfərlə əlaqələndirir:

«Mən məzuniyyət dövründə, iyul ayının 11-dən 15-nə qədər Ermənistanda olmuşam, məzuniyyətim isə ayın 27-də başa çatıb. Sonra mən işə çıxmışam, iyulun 29-da baş redaktor iclas keçirib və bildirib ki, Asəf Quliyev Ermənistana getməklə çox səhv iş görüb. Ayın 31-də müqavilə müddətim bitib və avqustun 1-də işdən çıxarılmışam».

JURNALİST İŞƏ BƏRPASINI VƏ KOMPENSASİYA TƏLƏB EDİR


Asəf Quliyev məhkəməyə müraciət etməklə işdən çıxarılması haqqında əmrin ləğv edilməsini, işə bərpa olunmasını istəyir. İşdən çıxarılmasını ifadə azadlığının pozulması kimi qiymətləndirən jurnalist televiziyadan məcburi işburaxma dövrü üçün əməkhaqqının hesablanaraq ona ödənilməsini və həmçinin mənəvi ziyana görə kompensasiya da tələb edir.
Asəf Quliyev
Gözlə
Embed

No media source currently available

0:00 0:01:37 0:00


Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin Uşaq, gənclər və hərbi vətənpərvərlik proqramları baş redaksiyasının baş redaktoru Firuz Novruzovdan jurnalistin işdən çıxarılma səbəbini öyrənməyə çalışdıq. Ancaq baş redaktor suallarımızı qurumun mətbuat xidməti vasitəsilə cavablandıracağını dedi. Mətbuat xidmətinin rəhbəri Xatirə Qasımlının isə cavabı qısa oldu: Jurnalistin işdən çıxarılması müqavilə müddətinin bitməsi ilə bağlıdır.

AzTV AYDINLIQ GƏTİRMİR

Xatirə Qasımlının sözlərinə görə, teleşirkətin Asəf Quliyevlə bağladığı müqavilənin müddəti iyulun 31-də başa çatıb və televiziya müqavilə müddətini uzatmayıb. Jurnalistin işdən çıxarılması səbəblərinə gəlincə isə, Xatirə Qasımlı dedi ki, rəhbərlikdən ona AzadlıqRadiosu üçün verilən məlumat bundan ibarətdir. Bir sözlə, jurnalistin Ermənistan səfəri ilə bağlı işdən çıxarılması iddiasına nə onun keçmiş baş redaktoru, nə də mətbuat xidməti aydınlıq gətirdi.

HEÇ KƏS SƏFƏRİNƏ GÖRƏ İŞDƏN ÇIXARILA BİLMƏZ

Rəşid Hacılı
Media Hüququ İnstitutunun direktoru Rəşid Hacılı isə deyir: «Səfərə görə əlbəttə, işdən çıxarmaq olmaz. Əgər o, əmək qanunvericiliyini pozmayıbsa, səfərə görə onun işdən çıxarılması qanunsuzdur. Qanunvericiliyə baxsaq, onun məzuniyyətdə olduğu vaxt harasa getməsi əmək vəzifələrini pozması kimi qiymətləndirilə bilməz».

Rəşid Hacılı deyir ki, əmək qanunvericiliyinə uyğun jurnalistin işdən çıxarılması necə rəsmiləşdirilibsə, bu, başqa məsələdir. Ancaq əgər işdən çıxarılmanın kökündə qeyri-rəsmi səbəb dayanırsa və bu jurnalistin hər hansı səfəri ilə baclıdırsa, bu, jurnalistin əmək hüquqlarının pozulmasıdır.

Asəf Quliyevin iddiası əsasında keçirilmiş məhkəməyə hazırlıq iclasında hakim Fuad Hüseynov məhkəmə baxışını sentyabrın 29-u saat 15.00-a təyin edib.
XS
SM
MD
LG