Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:57

Nabucco layihəsinə 7 milyard cəlb olunacaq


«Nabucco» layihəsinin həyata keçirilməsinə Avropa Birliyindən 3, kreditorlardan isə 4 milyard avro cəlb olunacaq.

APA-nın məlumatına görə, bunu sentyabrın 15-də Bakıda keçirilən beynəlxalq konfransda «Nabucco» konsorsiumunun rəhbəri Reynhard Mitçek bildirib.

O, qeyd edib ki, Avropa Birliyi hələlik bu vəsaitin ayrılması barədə qərar qəbul etməyib.

Amma biz başa düşürük ki, layihənin icrası üçün birliyin vəsait ayrıması çox vacibdir.

Həmçinin Avropa İnvestisiya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasına layihəni maliyyələşdirmək mandatı verilib-deyə o vurğulayıb.
XS
SM
MD
LG