Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:28

Polis rəisi azı 5 dinc sakinin öldüyünü xəbər verir


ABŞ və İraq qüvvələrinin bu gün Əl Fəllucədə keçirdikləri birgə reyd zamanı azı 5 dinc sakin və 2 İraq əsgəri ölüb.

Anbar əyalətinin polis rəisi Baha Hüseyin əl Karxinin sözlərinə görə, təhlükəsizlik qüvvələri terrorçuların cəmləşdiyi evdə reyd keçirərkən yaraqlılar atəş açmağa başlayıb və nəticədə 5 dinc sakin və 2 əsgər həlak olub, 4 nəfərsə yaralanıb.

ABŞ ordusunun sözçüsü insidentlə bağlı istintaq aparılacağını bildirib.

İraq polisi isə bu gün Mosulun şimalında avtobusun mijaya düşməsi nəticəsində 9 İraq əsgərinin öldüyünü xəbər verir.

ABŞ ordusu bu ilin avqustunda İraqda hərbi əməliyyatları başa vurduqdan sonra yaraqlıların son həftələr fəallaşdığı müşahidə olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG