Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:02

Həbsdən azad edilmiş amerikalı turist anası ilə görüşüb


Dünən İranda həbsdən azad edilmiş ABŞ vətəndaşı Sara Şurd İranın hakim dairələrini ötən il onunla birlikdə həbs olunmuş daha iki turisti azad eləməyə çağırıb.

Onlardan biri Sara Şurdun nişanlısıdır.

Şara azad edildikdən sonra Tehrandan Omana göndərilib və orda anasına qovuşub.

Sara Şurd 500 min dollar girov qoyulduqdan sonra azad edilib.

ABŞ hökuməti bu işdə əli olmadığını deyir.

Həbsxanada onun səhətinin pisləşdiyi bildirilir.

ABŞ prezidenti Barak Obama ilə BMT-nin baş katibi Ban Kİ Mun İranın hakim dairələrini qalan iki amerikalını da azad etməyə çağırıblar.

Onlar ötən İl İraq sərhəddinin yaxınlığında həbs olunublar.

İranın hakim dairələri onları casusluqda ittiham edir.
Türistlər isə sərhəddi səhvən keçdiklərini deyirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG