Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:44

««Nabukko»ya Azərbaycan qazı 2015-ci ildə daxil ola bilər»


«Biz gözləyirik ki, «Nabukko» qaz kəmərinə ilk qaz 2015-ci ilin sonunda Azərbaycandan və İraqdan daxil olacaq».

Bunu «Nabukko» konsorsiumunun prezidenti Reynhard Mitçek bu gün keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, ilkin mərhələdə buradan «Şahdəniz» yatağının II fazasından çıxarılan qaz yox, Dövlət Neft Şirkətinin öz qazı və ya «Şahdəniz»in I mərhələsində istehsal olunan qaz nəql oluna bilər.

R. Mitçek qeyd edib ki, Azərbaycan qazla zəngin ölkədir: «Bir tərəfdən «Şahdəniz»in II mərhələsindən əldə ediləcək «mavi yanacaq», digər tərəfdən isə Neft Şirkətinin qazı maraq doğurur. Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlər var ki, buradakı qaz mənbələrinin araşdırılması ilə məşğuldurlar».

«Nabukko» konsorsiumunun prezidenti deyir ki, bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanda “Nabukko»nu doldurmaq üçün kifayət qədər qaz var: «İraq da qazla zəngin ölkədir. İlkin mərhələdə «Nabukko» ilə 10 milyard kubmetr İraq qazı nəql olunacaq. Gələcəkdə isə nəql həcmi 20 milyard kubmetrə çatdırıla bilər». /AnsPress/
XS
SM
MD
LG