Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:40

Yüz minlərlə avro və külli miqdarda qızıl-zinət oğurlayan azərbaycanlı tutulub


Heydər Əliyev Beynəlxalq Hava Limanında oğurluq hadisəsi baş verib.

Hüquq-mühafizə orqanlarından «APA»ya verilən məlumata görə, «Silkway Holdinq»in tərkibinə daxil olan «Yerüstü Daşınan Əmlaklar» şirkətinin əməkdaşı Müzəffər Ələsgərov təyyarələrin yük yerlərindən oğurluq edib. O, təyyarələrin yük yerlərindən ayrı-ayrı vaxtlarda Azərbaycan vətəndaşlarına və əcnəbilərə məxsus yüklərdən yüz minlərlə avro və külli miqdarda qızıl-zinət əşyaları oğurlayıb.

Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Müzəffər Ələsgərov yaxalanıb.

Onun barəsində Cinayət Məcəlləsinin 177.1-ci (oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama), 177.2.2-ci (təkrar törədildikdə) və 177.3.2-ci (oğurluq külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi açılıb.

Cinayət işi üzrə xeyli sayda zərərçəkmiş var. Onların arasında Azərbaycan və xarici ölkələrdən olan vəzifəli şəxslər də var.

Faktla bağlı başlanan cinayət işinin ibtidai istintaqı yekunlaşıb. İş baxılması üçün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməyə göndərilib.
XS
SM
MD
LG