Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 09:32

Prezident yazıçının müraciətindən sonra öz fərmanını ləğv etdi


Mario Varqas Lyosa
Mario Varqas Lyosa
Peru prezidenti Alan Qarsia dünya şöhrətli Peru yazıçısı Mario Varqas Lyosanın müraciətindən sonra öz fərmanını ləğv edib.

Bir müddət əvvəl verdiyi fərmanla prezident 2003-cü ilə qədər hərbçi və xüsusi xidmət orqanlarının törətdiyi qanunsuzluqların araşdırılmasını dayandırmışdı.

Peruda həm də ictimai xadim kimi tanınan Lyosa prezidentə müraciətində bildirmişdi ki, fərman “80-90-cı illərdə insanları oğurlayan, həbs edilənlərə işgəncə verən, onları öldürən hərbçi və xüsusi xidmət orqanları əməkdaşlarına “pərdələnmiş amnistiyadır”.

80-90-cı illərdə Peruda davam edən vətəndaş müharibəsi zamanı hökumət qüvvələri və solçu üsyançılar arasında gedən döyüşlərdə 70 minə yaxın insan öldürülmüşdü. (BBC)

Bundan qabaq Lyosa etiraz nümayişi kimi vətəndaş müharibəsi zamanı həlak olan insanların xatirəsinə muzeyin yaradılması ilə məşğul olacaq komissiyaya rəhbərlik etməkdən boyun qaçırmışdı.

Lyosa öz şübhəsini ifadə etmişdi ki, yəqin prezident ilk dəfə dövlətə rəhbərlik etdiyi 80-ci illərin sonunda baş vermiş cinayətləri ört-basdır etmək istəyir.

Mario Varqas Lyosa keçmiş SSRİ məkanında da kifayət qədər tanınır.

Onun 1963-cü ildə çap edilən məşhur “Şəhər və köpəklər” romanı rus dilinə də çevrilmişdi və gənclər arasında çox populyar idi.

Alan Qarsia 2006-cı ildə ikinci dəfə Peru prezidenti seçilib. O 1985-90-cı illərdə də prezident olub.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG