Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:37

ABU-nun tələbələri Nazirlər Kabinetinin qarşısında aksiya keçirib


Sentyabrın 15-də fəaliyyəti dayandırılan Azərbaycan Beynəlxalq Universitetinin tələbələri Prezident Administrasiyası və Nazirlər Kabinetinin qarşısında etiraz aksiyası keçirib.

AnsPress-in məlumatına görə, aksiyada təxminən 60-a yaxın tələbə iştirak edib.

Onların əsas narazılığı köçürüldükləri özəl universitetlərdə təhsil haqqının yüksək olması, bir çox tələbələrin isə ümumiyyətlə köçürülmədən kənarda qalması və digər məsələlər olub.

Nazirlər Kabinetindən tələbələrin şikayətlərinə ən geci bir həftə müddətində baxılacağını bildiriblər.

Təhsil Nazirliyinin qərarı ilə Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyəti dayandırılıb.
XS
SM
MD
LG